• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

"Neftçi"-"Qarabağ" oyunu ilə bağlı qərar

İDMAN

16 Sentyabr 2024 | 21:53

Neftçi-Qarabağ oyunu ilə bağlı qərar

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək "Neftçi"-"Qarabağ" oyununun yeri dəyişdirilib.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi” klubunun ev oyunlarını keçirdiyi “Neftçi Arena”da təmir və yenidənqurma işləri başa çatmadığına görə "ağ-qaralar" “Qarabağ”la matçın məkanının dəyişdirilməsi üçün PFL-ə müraciət edib.

“Qarabağ” klubunun rəsmi razılığını nəzərə alan qurum VII turda baş tutacaq “Nefçi”-“Qarabağ” oyunu ilə XV turun “Qarabağ”-“Neftçi” oyununun yeri dəyişdirib. Qarşılaşma sentyabrın 20-də saat 20:00-da "Azərsun Arena"da reallaşacaq.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024