• Bakı C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Millimizin pley-offdakı rəqibi AÇIQLANDI

İDMAN

19 Iyul 2024 | 15:34

Millimizin pley-offdakı rəqibi AÇIQLANDI

İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycanın qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının pley-off mərhələsindəki rəqibi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, millimiz birinci pley-off mərhələsində B Liqasının qrup mərhələsinin ən yüksək reytinqli yığmalarından biri olan Portuqaliya ilə qarşılaşacaq.

Komandamız ilk oyununu oktyabrın 23-də evdə, cavab görüşünü isə oktyabrın 29-da səfərdə keçirəcək.

Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya cütünün qalibi ilə üz-üzə gələcək. Bu raundun oyunları noyabrın 27-də və dekabrın 3-də olacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.


SON XƏBƏRLƏR

06 Mart 2026