• Bakı 25° C

    3.11 m/s

  • USD - 1.7

    EUR - 1.8792

    RUB - 0.0189

“Bu xəbəri eşidən kimi ağladım

İDMAN

19 Iyul 2024 | 13:45

“Bu xəbəri eşidən kimi ağladım”

Argentina millisinin və “Atletiko Madrid”in yarımmüdafiəçisi Rodriqo De Paul milliyə çağırıldıqdan sonra keçirdiyi hisləri bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, onun sözlərini “Clarin” nəşri sitat gətirib.

“İlk dəfə milliyə çağırılmağım inanılmaz idi. Diqqətimi İtaliyaya yönəltmişdim. Mənə klubun idman direktoru zəng vurub dedi ki, Valter Samuel mənim nömrəni istəyib. Tez anama zəng vurub “millidən nömrəmi istəyiblər” dedim. Ardından Valter məni yığdı və yığmaya çağırıldığımı söylədi. Bu xəbəri eşidən kimi ağladım. Milliyə düşmək üçün çox çalışmalısan. Bu göylərə toxunmaq kimidir”.

Xatırladaq ki, De Paul yığmada 2018-ci ilin oktyabrında debüt edib. O millininn heyətində  69 matça çıxıb, 2 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.


SON XƏBƏRLƏR