• Bakı 30° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

Ağabala Ramazanov futboldan GETDİ

İDMAN

19 Iyun 2024 | 10:42

Ağabala Ramazanov futboldan GETDİ

Azərbaycan millisinin sabiq üzvü Ağabala Ramazanov futbolçu karyerasını başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Səbail"dən ayrılan oyunçu özü sosial şəbəkə hesabında bildirib.

32 yaşlı futbolçu bu qərarın çox ağır və üzücü olduğunu söyləyib.

"Çox ağır və üzücü olsa da, futbolçu kimi karyeramı bitirməyi qərara aldım. Çox sevdiyim futbolu sonlandırmaq məcburiyyətindəyəm. Özümə yeni səhifə açmağın zamanı gəldiyini düşünürəm. Çox ağır zədə almışdım, şükür ki, ailəmin və sevdiklərimin yanındayam. Hər şeyin sonu olduğu kimi, futbol oynamağın da bir sonu var. Azərbaycan millisində və klublarda çıxış etdiyim bütün komanda yoldaşlarıma öz təşəkkürümü bildirirəm, hər kəsə uğurlar!", - deyə o, bildirib.

Qeyd edək ki, A. Ramazanovun sonuncu klubu "Səbail" olub.


SON XƏBƏRLƏR

21 Iyul 2024