• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Futbol tarixinin 10 ən yaxşı qapıçısı  - SİYAHI

İDMAN

19 Iyul 2024 | 10:01

Futbol tarixinin 10 ən yaxşı qapıçısı - SİYAHI

"FourFourTwo" nəşri futbol tarixinin ən yaxşı qapıçılarının siyahısını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, siyahıda 32 qolkiperin adı yer alıb.

İlk pillədə Moskva "Dinamo"sunun və SSRİ yığmasının əfsanəsi Lev Yaşin qərarlaşıb.

O, olimpiya və beşqat SSRİ çempionu, həmçinin SSRİ kubokunun üçqat qalibi olub. Yaşin futbol tarixində qapıçılar arasında “Qızıl top”un yeganə qalibidir. O, 1963-cü ildə bu mükafata layiq görülüb.

Futbol tarixinin ən yaxşı 10 qapıçısı:

1. Lev Yaşin (SSRİ)

2. Manuel Noyer (Almaniya)

3. Qordon Benks (İngiltərə)

4. İker Kasilyas (İspaniya)

5. Rikardo Zamora (İspaniya)

6. Zepp Mayer (Almaniya)

7. Canluici Buffon (İtaliya)

8. Petr Çex (Çexiya)

9. Peter Şmeyxel (Danimarka)

10. Dino Zoff (İtaliya)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026