• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" - "Linkoln" matçının biletləri nə vaxtdan satışa çıxarılacaq?

İDMAN

18 Iyul 2024 | 22:39 | Müəllif: Subhan Mahmudov

"Qarabağ" - "Linkoln" matçının biletləri nə vaxtdan satışa çıxarılacaq?

UEFA Çempionlar Liqasının II təsnifat mərəhləsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Linkoln" (Cəbəllütariq) oyununun biletləri sabah saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı "Qarabağ" FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, "Linkoln" - "Qarabağ" oyunu iyulun 23-də Cəbəllütariqdəki "Europa Point Stadium"da baş tutacaq. Qaşılaşmanın start fiti saat 20:00-da səslənəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026