• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

AVRO-2024: Xorvatiya - Albaniya matçı heç-heç yekunlaşıb - YENİLƏNİB 

İDMAN

19 Iyun 2024 | 19:00

AVRO-2024: Xorvatiya - Albaniya matçı heç-heç yekunlaşıb - YENİLƏNİB 

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Hamburq şəhərində baş tutan matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.

Hesabı 11-ci dəqiqədə albanlardan Kyazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç "status-kvo"nu bərpa edib. İki dəqiqə sonra Klaus Qyasulya avtoqol müəllifi olmaqla xorvatları hesabda önə çıxarıb. Bu futbolçu 90+5-ci dəqiqədə daha bir qol vurmaqla yekun nəticəni müəyyənləşdirib - 2:2..

Qeyd edək ki, xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

***18:48

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında hesab növbəti dəfə dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, albanların heyətində Klaus Qyasulya 76-cı dəqiqədə avtoqol müəllifi olub.

Bununla da Xorvaiya yığması 2:1 hesabı ilə önə keçib.

***18:33

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında hesab bərabərləşib.

Bakıvaxtı.az xəbər verir ki, 74-cü dəqiqədə Andrey Kramariç albanların qapısında yol tapıb - 1:1.

Qarşılaşma davam edir.

 

***18:24

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında ikinci hissə start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, albanlar fasilədən sonra 1:0 hesablı ilə öndədirlər.

Yeganə qolu 11-ci dəqiqədə Kyazim Laçi xorvatların qapısından keçirib.

 

***18:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında ilk hissə yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, albanlar fasiləyə 1:0 hesablı üstünlüklə yollanıblar.

Yeganə qolu 11-ci dəqiqədə Kyazim Laçi xorvatların qapısından keçirib.

***17:12

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun Xorvatiya - Albaniya matçında hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, albanlar 11-ci dəqiqədə hesabda önə çıxıb.

Kyazim Laçi adını tabloya yazdırıb.

***17:00

Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun növbəti görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlir.

Bakıvaxtı.az xəbər verir ki, Hamburq şəhərində keçirilən matçı fransalı beynəlxalq dərəcəli baş hakim Fransua Leteksye idarə edir.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayıb.


SON XƏBƏRLƏR