• Bakı 17° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək

İDMAN

19 Iyun 2024 | 11:20

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın rəqibi bu gün bəlli olacaq.

Bakıvaxtı.az xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçimizin rəqibi İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmanın nəticəsindən sonra müəyyənləşəcək.

Ağdam təmsilçisi səpələnmişlər siyahısında yer alacaq.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, UEFA-nın təlimatına əsasən Azərbaycan və Ermənistan klubları təsnifat mərhələsinin görüşlərində üz-üz gələ bilməz.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026