• Bakı 30° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0192

Azərbaycan idmançısı  Avropa birinciliyinin qalibi olub

İDMAN

19 Iyun 2024 | 13:28

Azərbaycan idmançısı  Avropa birinciliyinin qalibi olub

Azərbaycan idmançısı Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyinin qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışda təmsilçimiz İsa Əliyev körpücük üzərinə çıxıb.

O, yaşı 15-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 112 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olub.

İdmançı təkanla qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.

Toplam 249 kq (112+137) nəticə göstərən İsa Əliyev yekun sıralamada da bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


SON XƏBƏRLƏR

21 Iyul 2024