• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

“Apple” telefonlarda süni intellekt tətbiq etmək niyyətindədir

Multİmedia

29 Aprel 2024 | 09:08

“Apple” telefonlarda süni intellekt tətbiq etmək niyyətindədir

“Apple” şirkəti “OpenAI” ilə bu ilin sonunda “iPhone”-da təqdim olunacaq bir sıra yeni funksiyaları həyata keçirmək üçün süni intellekt texnologiyasından istifadə ilə bağlı danışıqları bərpa edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.

    Bildirilib ki, şirkətlər potensial razılaşmanın şərtlərini və “OpenAI” funksiyalarının yeni iOS 18 əməliyyat sisteminə necə inteqrasiya olunacağını müzakirə etməyə başlayıblar.

    Məlumata görə, “Apple” süni intellektin tətbiqi üçün hansı tərəfdaşlardan istifadə edəcəyi ilə bağlı yekun qərarını hələ verməyib. Bu həm “OpenAI”, həm də “Alphabet” ola bilər.


    SON XƏBƏRLƏR