• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq - YENİLƏNİB

Gündəm

20 May 2024 | 17:46

Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq - YENİLƏNİB

Cavanşir körpüsünün söküntüsü əraziyə cəlb edilən xüsusi texnikalarla həyata keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli deyib.

    Onun sözlərinə görə, söküntü işləri və layihənin icrasının 4-5 ay ərzində tamamlanması nəzərdə tutulur.

    ***

    17:34

    Hazırda Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar Afiyəddin Cəlilov -Yusif Səfərov küçələri, Yusif Səfərov küçəsi-mərkəz istiqamətlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

      Qeyd edilib ki, nəqliyyat vasitələrinin Yusif Səfərov küçəsindən mərkəz istiqamətində hərəkəti 28 May küçəsindən olacaq. Afiyəddin Cəlilov küçəsindən mərkəzə hərəkət edəcək nəqliyyat vasitələri Fəzail Bayramov küçəsinə yönləndirilməklə hərəkətlərini Sabit Orucov, Nizami küçələri istiqamətində davam etdirə biləcəklər.

       


      SON XƏBƏRLƏR

      26 Iyul 2024