• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

Sosial kirayə müqaviləsi ilə mənzillə təmin olunması qanunu niyə işləmədi? - VİDEO

GÜNDƏM

19 Iyun 2024 | 10:17

Sosial kirayə müqaviləsi ilə mənzillə təmin olunması qanunu niyə işləmədi? - VİDEO

Adı var, özü yox… Söhbət Mənzil Məcəlləsinə əsasən, yaşayış sahələrinin sosial kirayə müqaviləsi əsasında vətəndaşlara verilməsindən gedir.

Bakıvaxtı.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov deyib ki, qanunvericiliyə əsasən, yerli icra hakimiyyəti orqanları sərəncamında olan mənzilləri sosial müdafiə və sosial təminata daha çox ehtiyacı olan eləcə də mənzili olmayan vətəndaşlara təklif etməlidirlər.

Bu zaman dövlət yaşayış fondunun yaşayış sahələri sosial kirayə müqaviləsi əsasında vətəndaşlara təqdim olunmalıdır.

Millət vəkili bildirib ki, həmin mənzillər vətəndaşlara ya pulsuz, ya da kifayət qədər aşağı ödənişlə təklif olunmalıdır. Bu fəaliyyətləri isə icra hakimiyyəti yanında mənzil komissiyası həyata keçirməlidir.

Vüqar Bayramov mənzil məcəlləsində yer alan tələbin icrası ilə bağlı monitorinqin aparılmasını təklif edib.


SON XƏBƏRLƏR