• Bakı 12° C

    9.13 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Şahruddin "Qalatasaray"a qarşı oynadı, 3 qol buraxdı

İDMAN

26 Aprel 2024 | 23:44

Şahruddin Qalatasaraya qarşı oynadı, 3 qol buraxdı

Türkiyə Superliqasında 34-cü tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, günün yeganə oyununda "Adana Dəmirspor" və "Qalatasaray" komandaları üz-üzə gəliblər. Görüş İstanbul nəhənginin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 53-cü dəqiqədə Hakim Ziyeş açıb. 64-cü dəqiqədə Kərim Dəmirbay fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 90+1-ci dəqiqəsində Mauro İkardi müəyyənləşdirib. Adana təmsilçisinin qapısını Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev qoruyub.

Qeyd edək ki, bu nəticədən sonra xallarını 93-ə çatdıran "Qalatasaray" liderliyini davam etdirir. "Fənərbağça" 86 xalla ikinci pillədə qərarlaşıb.


SON XƏBƏRLƏR