• Bakı 13° C

    13.21 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

ABŞ polisindən qadın professora qarşı zorakılıq - VİDEO

DÜNYA

26 Aprel 2024 | 17:00

ABŞ polisindən qadın professora qarşı zorakılıq - VİDEO

ABŞ-nin bir neçə universitetində İsrail-HƏMAS müharibəsinə qarşı etiraz aksiyaları keçirilir.

Bakıvaxtı.az “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində yerləşən Emori Universitetində də aksiya iştirakçıları çadırlar qurub.

Məlumata görə, polis buradakı aksiya iştirakçılarının çadırlarını dağıdıb. Etirazçıların sözlərinə görə, polis əməkdaşları dinc nümayişçilərə qarşı səbəbsiz yerə zorakılıq nümayiş etdirib. 

Yayılan görüntülərdə polisin universitetin qadın professorlarından biri Caroline Fohlini yerə yıxaraq saxladığını, digər bir etirazçıya qarşı isə elektroşok cihazından istifadə etdiyini görmək mümkündür. Bununla yanaşı, saxlanılanlar arasında universitetin digər əməkdaşının da olduğu bildirilir.


SON XƏBƏRLƏR