• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ermənistanda internet və telefon rabitəsi kəsildi

DÜNYA

26 May 2024 | 17:00 | Müəllif: Subhan Mahmudov

Ermənistanda internet və telefon rabitəsi kəsildi

Daşqınlar Ermənistanın Lori və Tavuş vilayətlərində internet və telefon rabitəsinin kəsilməsinə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. 

Telekanalın məlumatına görə, nasazlıqlar fiber-optik kabel və mobil rabitə stansiyasının zədələnməsi səbəbindən baş verib.

Bundan əvvəl  Lori vilayətinin Alaverdi şəhərində daşqın nəticəsində yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Ermənistan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, stansiyanın kompressorları su altında qalıb və bu da qısaqapanmaya səbəb olub.

Həmçinin Ermənistanın Lori rayonunda Debed çayı üzərindən keçən körpü daşqın nəticəsində uçub. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026