• Bakı 23° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

ÜST açıqladı: 3,1 min yoluxma

DÜNYA

25 Iyun 2024 | 14:37

ÜST açıqladı: 3,1 min yoluxma

Ümumdünya Səhiyyə Təşkilatı 2024-cü ilin yanvarından bəri meymun çiçəyinə yoluxma hallarının sayını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının ( ÜST ) rəsmi nümayəndəsi Rosamund Lewis Cenevrədə keçirdiyi mətbuat konfransında bildirib.

Məlumata görə, 2024-cü ilin yanvarından bəri dünyada təxminən 3,1 min meymun çiçəyi hadisəsi qeydə alınıb.

Lewis bildirib ki, qlobal meymun çiçəyi epidemiyası 2022-ci ilin mayında bir neçə ölkədə başlayıb.

Belə ki, 2022-ci il yanvarın 1-dən 2024-cü il aprelin 30-dək quruma meymun çiçəyi infeksiyası ilə bağlı 97 208, o cümlədən 186 ölüm hadisəsi barədə məlumat daxil olub.

Hesabatlar ÜST-nin bütün altı regionunda 117 ölkədən daxil olub.

“Vəziyyət inkişaf etməyə davam etdiyi üçün bu gün də çiçək xəstəliyi ictimai sağlamlıq üçün təhlükə olaraq qalır. İlin əvvəlindən indiyədək dünyada 3,1 mindən çox laboratoriya tərəfindən təsdiqlənmiş hal qeydə alınıb. Təkcə may ayında ÜST 26 ölkədən 600 təsdiqlənmiş yoluxma hadisəsi olduğunu bildirib”, - ÜST nümayəndəsi deyib.

Mina Mikayılova


SON XƏBƏRLƏR