• Bakı 33° C

    1.92 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Azərbaycan hotellərinin gəlirləri artıb

DÜNYA

25 Iyul 2024 | 13:00

Azərbaycan hotellərinin gəlirləri artıb

Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,9 % artaraq 265,7 milyon manat olub.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 60,7 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,1 %-i ictimai iaşə xidmətlərindən, 3,3 %-i müalicə və sağlamlıq xidmətlərindən, 8,9 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 21,1 faiz səviyyəsində olmuşdur (2023-cü ilin yanvar-iyun aylarında 16,6 faiz). Bu göstərici Şabranda 49,1 faiz, Naftalanda 39,1 faiz, Bakıda 37,3 faiz, Qusarda 28,0 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.


SON XƏBƏRLƏR

12 Iyul 2025