• Bakı 24° C

    4.72 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Meymunçiçəyi ilə mübarizəyə hazırıq - Kemal Memişoğlu

DÜNYA

24 Avqust 2024 | 11:22

Meymunçiçəyi ilə mübarizəyə hazırıq - Kemal Memişoğlu

Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu meymunçiçəyi virusu ilə bağlı əhaliyə çağırış edib.

Bakıvaxtı.az “Habertürk”ə istinadən xəbər verir ki, o, insanlara diqqətli olmağı, xüsusilə şəxsi gigiyena qaydalarına əməl etməyi tövsiyə edib.

“Ən vacib şey şəxsi gigiyenadır. Həmçinin, biz həm sərhədlərdə, həm də ölkə daxilində lazımi tədbirlər görmək, o cümlədən vaksinasiya prosesi həyata keçirmək iqtidarındayıq. Ona görə də qorxuya, panikaya ehtiyac yoxdur. Hələ ki, memymunçiçəyi diaqnozu qoyulmuş xəstəmiz yoxdur. Olarsa da, öhdəsindən gələrik”, - nazir bildirib.

O qeyd edib ki, Türkiyə həm meymunçiçəyinin, həm də digər yoluxucu xəstəliklərin yayılma ehtimalına hazırdır.

Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpoks (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-nin son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109 ölkə təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026