BMT-nin Gələcək Sammitinin məqsədi ümumi problemlərin kollektiv həlli üçün dünya liderlərini və ekspertlərini birləşdirməkdir.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, sözügedən sammitin keçirilməsi davamlı inkişaf, təhlükəsizlik və insan hüquqları sahəsində gələcək fəaliyyətlərin istiqamətini müəyyən etməlidir.
Sammitdə üç sənədin qəbulu planlaşdırılır: Gələcək Paktı və onun əlavələri, BMT-də müvafiq xüsusi elçi vəzifəsinin tətbiqini nəzərdə tutan Gələcək Nəsillər haqqında Bəyannamə və Qlobal Rəqəmsal Saziş.
Qeyd edək ki, sentyabrın 26-da Baş Assambleyada Beynəlxalq Nüvə Silahlarının Tam Ləğv Edilməsi Gününə həsr olunmuş iclas keçiriləcək. Bundan başqa, iki tədbir Fələstin xalqının problemlərinə həsr olunacaq.
Gülşən Şərif





jpg-1729663531.webp)










