• Bakı 24° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İran prezidenti Amerikaya gedib

DÜNYA

23 Sentyabr 2024 | 09:53

İran prezidenti Amerikaya gedib

İran prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.

Bakıvaxtı.az İran KİV-nə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu Sessiyasında iştirak etmək üçün Nyu Yorkda səfərdə olan prezident Məsud Pezeşkianı  xarici işlər naziri Abbas Arakçi, xarici işlər nazirinin müavini Məcid Taht Revançi, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani, onun müavini Zəhra İrşədi və digər iranlı diplomatlar qarşılayıblar.

Prezident Pezeşkian Nyu-Yorka səfərinin məqsədlərini mətbuat mənsublarına açıqlayaraq, “biz İran İslam Respublikası adından sülh və təhlükəsizlik mesajını daşıyırıq" deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026