• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

BMT ölkələri "Gələcək Paktı"nı qəbul etdilər - Rusiyadan etiraz

DÜNYA

23 Sentyabr 2024 | 10:54 | Müəllif: Gülşən Şərif

BMT ölkələri "Gələcək Paktı"nı qəbul etdilər - Rusiyadan etiraz

BMT-yə üzv ölkələr Gələcək Sammitində Rusiyanın sənədlə bağlı konsensusdan uzaqlaşmasına baxmayaraq, Gələcək Paktı təsdiq ediblər. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbr verir ki, iclasın əvvəlində Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin sənədin mətninin bəzi nümayəndə heyətləri tərəfindən dəstəklənmədiyini bildirib.

O, sənədin bütün müddəaları razılaşdırılana qədər qəbulunun təxirə salınmasını təklif edib. Lakin 143 ölkə düzəlişin nəzərdən keçirilməsinin rədd edilməsinə səs verib, 15 ölkə isə bitərəf qalıb. Rusiyanın təklifini yalnız Belarus, Nikaraqua, Şimali Koreya, Suriya, Sudan və İran dəstəkləyib.

Nəticədə pakt konsensusla qəbul edilib. BMT-nin baş katibi Antonio Quterreş bu sazişi "tarixi" adlandırıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR