• Bakı 24° C

    6.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

İsrailin BMT-dəki nümayəndəsi: "İsrail müharibə istəmir"

DÜNYA

23 Sentyabr 2024 | 10:24 | Müəllif: Gülşən Şərif

İsrailin BMT-dəki nümayəndəsi: "İsrail müharibə istəmir"

"İsrail müharibəyə can atmır, ancaq öz torpaqlarını müdafiə edəcək".

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən sammitdə çıxışı zamanı İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danon bildirib.

Diplomat bildirib ki, 2023-cü ilin oktyabrından İsrailin şimalına Livan ərazisindən 8 min raket atılıb. 

Daimi nümayəndə İsrailin müxtəlif cəbhələrdə terrorla mübarizəni davam etdirdiyini vurğulayıb:

"Biz sülhsevər xalqıq, müharibəyə can atmırıq. Ancaq xalqımıza hücum edilərkən biz dayanmayacağıq. Bu müharibəni biz başlamamışıq. Lakin biz öz evimizi, torpağımızı, xalqımızı müdafiə edəcəyik".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026