• Bakı 10° C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Türkiyəli nazir TBMM-dəki davadan danışıb: Bizə yaraşmır

DÜNYA

24 Avqust 2024 | 12:24

Türkiyəli nazir TBMM-dəki davadan danışıb: Bizə yaraşmır

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bir neçə gün əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxan davaya münasibət bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Əlbəttə, bu hadisə hamımızı narahat etdi. Belə hadisələrə yol verməmək lazımdır. Belə hadisələr bizim parlamentə yaraşmır”,- o söyləyib.

Qeyd edək ki, avqustun 16-da TBMM-də dava düşüb. TBMM-də Can Atalayın deputatlığının ləğv edilməsi müzakirə edilən zaman Türkiyə İşçi Partiyasından olan deputat Ahmet Şık AKP üzvlərini təhqir edib.

Bundan sonra TBMM-də gərginlik artıb və deputatlar yumruq davasına çıxıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR