• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Silahlı hücum - qadın polis həlak oldu - FOTO

DÜNYA

23 Sentyabr 2024 | 11:37

Silahlı hücum - qadın polis həlak oldu - FOTO

İstanbulda motosiklet oğurluğunda şübhəli bilinərək axtarışda olan şəxsin saxlanılması ilə bağlı əməliyyat keçirilib. 

Bakıvaxtı.az “Milliyet”ə istinadən xəbər verir ki, 19 yaşlı Y.E.Ç adlı həmin şəxs saxlanıldığı an polisin silahını götürərək onlara və ətrafdakı insanlara atəş açıb.

İnsident zamanı Şeyda Yılmaz adlı polis əməkdaşı yaralanıb. 27 yaşlı polis xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bununla yanaşı, hadisə nəticəsində təqsirləndirilən gəncin anası və daha bir polis əməkdaşı yaralanıb. 

Y.E.Ç hadisə yerindən qaçsa da daha sonradan saxlanılıb.


Silahlı hücum - qadın polis həlak oldu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026