• Bakı 14° C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

"McDonald's"da kütləvi zəhərlənmə - ölən və zərərçəkənlər var

DÜNYA

23 Oktyabr 2024 | 11:00

McDonald'sda kütləvi zəhərlənmə - ölən və zərərçəkənlər var

ABŞ-də "McDonald's" fastfud şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər müştəri isə xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi məlumat yayıb.

"Oktyabrın 22-nə olan məlumata görə, ümumilikdə 10 ştatda "E. coli O157:H7" bakteriya ştamı ilə bağlı 49 hadisə qeydə alınıb", - deyə məlumatda bildirilib.

Müştərilərin hamısının "Royal çizburger"dən infeksiyaya yoluxduğu vurğulanıb. İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal edilir. Report.az


SON XƏBƏRLƏR