• Bakı 13° C

    7.05 m/s

  • USD - 1.7

    EUR - 1.7803

    RUB - 1.6785

MAQATE-nin Direktorlar Şurası İran əleyhinə qətnamə qəbul edib

DÜNYA

22 Noyabr 2024 | 09:53

MAQATE-nin Direktorlar Şurası İran əleyhinə qətnamə qəbul edib

ABŞ, İngiltərə, Fransa və Almaniyanın Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Direktorlar Şurasına təqdim etdiyi anti-İran qətnaməsi səsvermə yolu ilə qəbul edilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Birləşmiş Millətlər Təşkilatının  Vyana ofisindəki daimi nümayəndəsi səfir Mixail Ulyanov İdarə Heyətində gec keçirilən səsvermə ilə bağlı X sosial media hesabında açıqlama verib. 

Ulyanov qeyd edib ki, anti-İran qətnamə layihəsi İdarə Heyəti tərəfindən 19 lehinə, 12 bitərəf və 3 nəfər əleyhinə səslə qəbul edilib. 

Qətnamə layihəsinin ABŞ, İngiltərə, Fransa və Almaniya tərəfindən təqdim edildiyini bildirən Ulyanov Rusiya, Çin və Burkina Fasonun qanun layihəsinin əleyhinə səs verdiyini bildirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR