“Tesla” şin təzyiqi sensorlarındakı problemə görə 700 minə yaxın avtomobili geri çağırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “NC Nyus” məlumat yayıb.
Şirkətin 2024 “Cybertruck”, 2017-2025 Model 3 və 2020-2025 Model Y modellərini geri çağıracağı bildirilib.
Bildiriş məktublarının 15 fevral 2025-ci ildə göndəriləcəyi gözlənilir.