ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, inauqurasiya mərasimində iştirak edən qonaqlar Kapitolidən ayrılıblar.
Cozef Bayden ənənəyə uyğun olaraq mərasimi helikopterlə tərk edib.
Baydenlə yanaşı, tədbirdə ABŞ-nin keçmiş prezidentləri Barak Obama, Corc Buş və Bil Klinton da iştirak ediblər.
21:08
Donald Tramp ABŞ-nin 47-ci prezidenti kimi and içib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
19:31
İkinci dəfə ABŞ-nin Prezidenti vəzifəsinə seçilən Donald Trampın andiçmə mərasimi başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, tədbir Kapitoli binasında keçirilir.
Qeyd edək ki, Donald Tramp ilk dəfə 2016-2020-ci illərdə 45-ci Prezident olaraq bu vəzifəni icra edib.