• Bakı 10° C

    15.02 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Livan Prezidenti İsrail qoşunlarının ölkədən tam çıxarılmasını tələb edir

DÜNYA

19 Fevral 2025 | 21:10

Livan Prezidenti İsrail qoşunlarının ölkədən tam çıxarılmasını tələb edir

İsrail qoşunları Livanın cənubundakı son məntəqələrdən geri çəkilərək bu ölkənin ərazisini tərk etməlidir.

Bakıvaxtı.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Livan Prezidenti Cozef Aun deyib.

Məlumata görə, Aun ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Vals ilə söhbətində İsrail və "Hizbullah" hərəkatı arasında atəşkəs razılaşmasının tamamlanmasının, həmçinin 2006-cı ildə İsrail-Livan müharibəsinə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasının zəruriliyini bildirib.

Bundan əlavə, Livan lideri İsraildə həbsdə olan ölkə vətəndaşlarının azad edilməsinə çağırıb.

Xatırladaq ki, 2024-cü ilin noyabrında İsrail ordusu və “Hizbullah” atəşkəs sazişi bağlayaraq hərbi əməliyyatları dayandırıb və buna əsasən İsrail ordusu Livan ərazisindən mərhələli şəkildə geri çəkiləcək, ölkənin cənubundakı mövqelərini Livan hərbçilərinə təhvil verəcək./report


SON XƏBƏRLƏR