• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Serbiya vağzalında talvar uçdu: 16 ölü

DÜNYA

21 Mart 2025 | 19:10

Serbiya vağzalında talvar uçdu: 16 ölü

 Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Serbiya Hərbi Tibb Akademiyası məlumat yayıb.

Qeyd olunub ki, zərərçəkənlərdən biri xəstəxanada xəsarətlərdən sonra yaranan ağırlaşmalardan keçinib. Söhbət 2006-cı il təvəllüdlü xəstədən gedir ki, o, hadisə nəticəsində ciddi xəsarət almışdı.

Əvvəllər məlumat verildiyi kimi, Serbiyanın əhali sayına görə ikinci şəhərinin vağzal binasında yerləşən 50 metrlik beton konstruksiya noyabrın 1-də uçmuşdu. Dağılmanın səbəbləri hələ müəyyən edilməsə də, faciədən sonra Serbiyanın tikinti, nəqliyyat və infrastruktur naziri Qoran Vesiç istefa verib.

Faciədən sonra ölkədə hökumət əleyhinə etirazlar başlayıb və bu günədək davam edir.


SON XƏBƏRLƏR

18 Aprel 2025