• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

HƏMAS israilli girovların meyitlərinin təhvil veriləcəyi tarixi AÇIQLADI

DÜNYA

19 Fevral 2025 | 22:05 | Müəllif: Subhan Mahmudov

HƏMAS israilli girovların meyitlərinin təhvil veriləcəyi tarixi AÇIQLADI

Fevralın 20-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında öldürülən girovların, o cümlədən Bibas ailəsinin üzvlərinin cəsədlərini İsrail tərəfinə təhvil verəcək.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları qrupunun rəsmi nümayəndəsi Əbu Ubeydə məlumat yayıb.

Əbu Ubayda "Telegram" kanalında yazıb:

“İsraillə mübadilə müqaviləsinin bir hissəsi olaraq, Bibas ailə üzvlərinin və Oded Lifşitzin cəsədini cümə axşamı qarşı tərəfə təhvil verəcəyik".

Onun sözlərinə görə, həlak olanların hamısı İsrailin Qəzzanı bombalaması nəticəsində dünyalarını dəyişib. Kfir Bibas 7 oktyabr 2023-cü ildə Həmas yaraqlıları tərəfindən girov götürüləndə doqquz aylıq, qardaşı Ariel isə dörd yaşında olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026