Litva Ukraynaya 5 milyon avro dəyərində 4 500 pilotsuz uçuş aparatı (PUA) verib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Litvanın Müdafiə Nazirliyindən bildirilib.
PUA-ların növləri barədə məlumat verilmir.
Qeyd edək ki, bu il Vilnüs Kiyevi hava hücumundan müdafiə sistemləri, döyüş sursatları, PUA-lar ilə təchiz etməyi, minatəmizləmə sahəsində beynəlxalq koalisiyanın fəaliyyətini genişləndirməyi, Ukrayna müdafiə sənayesinin maliyyələşdirilməsində iştirak etməyi, habelə həmin ölkənin hərbçilərininin və onların hərbi kadrlarının hazırlanmasında iştirak etməyi planlaşdırır.