• Bakı 19° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Şoltsdan Zelenskiyə "diktator" deyən Trampa CAVAB

DÜNYA

19 Fevral 2025 | 23:31 | Müəllif: Subhan Mahmudov

Şoltsdan Zelenskiyə "diktator" deyən Trampa CAVAB

Volodimir Zelenskinin Ukrayna prezidenti kimi legitimliyini inkar etmək “təhlükəli və yanlış”dır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. O, ABŞ prezidenti Donald Trampın "Der Spiegel" jurnalına verdiyi müsahibədə Ukrayna liderinin ünvanına səsləndirdiyi sərt bəyanatlara belə cavab verib.

“Prezident Zelenskinin demokratik legitimliyini inkar etmək sadəcə olaraq yanlış və təhlükəlidir”, - Şolts deyib.

Onun sözlərinə görə, Zelenski hazırkı dövlət başçısı olmaqda davam edir və seçkilərin keçirilməsinin mümkünsüzlüyü ölkə ərazisində davam edən münaqişə ilə bağlıdır. Kansler deyib ki, hadisələrin bu inkişafı Ukrayna Konstitusiyasına uyğundur.

"Heç kim bunun əksini iddia etməməlidir", - deyə Şolts bildirib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026