“Boinq” ABŞ Hərbi Hava Qüvvələri üçün növbəti (altıncı) nəsil F-47 qırıcı təyyarəsi istehsal edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
“F-47 indiyə qədər istehsal edilmiş ən qabaqcıl, ən bacarıqlı və ən ölümcül təyyarə olacaq”, - deyə Tramp bildirib.
Tramp əlavə edib ki, təyyarənin eksperimental versiyası demək olar ki, beş ildir gizli şəkildə uçur./axar.az