• Bakı 12° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

ABŞ-nin vitse-prezidenti Papa ilə görüşüb

DÜNYA

20 Aprel 2025 | 21:57

ABŞ-nin vitse-prezidenti Papa ilə görüşüb

ABŞ-nin vitse-prezidenti C.D.Vens Pasxa bayramı münasibətilə Papa Fransiski Vatikandakı iqamətgahında şəxsən təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

“Roma Papası Fransisk Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vens ilə qısa şəxsi görüş keçirib. Bir neçə dəqiqə davam edən görüş Pasxa bayramı təbriklərini mübadiləsinə imkan yaradıb”, - məlumatda deyilir.

Bir gün əvvəl Vens Vatikanın dövlət katibi Pietro Parolin və dövlətlərlə əlaqələr üzrə katib Paul Riçard Gallaher ilə danışıqlar aparıb. Vatikan xəbərlərinə görə, müzakirə mövzuları sülh, dini azadlıq və miqrasiya olub. İkiqat pnevmoniyanın təsirindən sağalan Frensis danışıqlarda iştirak etməyib.


SON XƏBƏRLƏR

20 Aprel 2025
19 Aprel 2025