Ermənistandakı rusofoblar İran nümayəndə heyəti ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovu səhv salıblar.
Bakıvaxtı.az xəbər verir ki, İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nəsirzadəni Rusiya xarici işlər naziri Sergey Lavrov zənn edən ermənilər Vladimir Putinin şəkli olan və anti-Rusiya şüarları yazılmış plakatları açıblar.
Qeyd edək ki, Sergey Lavrovun Ermənistana səfəri 20-21 may tarixlərində gözlənilir.