• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

İbrahim Kalın Culani ilə görüşdü

DÜNYA

20 May 2025 | 18:37 | Müəllif: Subhan Mahmudov

İbrahim Kalın Culani ilə görüşdü

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) başqanı İbrahim Kalın Suriya keçid hökumətinin prezidenti Əhməd əş Şaraa (Culani) ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Türkiyə rəsmisi burada xarici işlər naziri Əsəd Həsən Şeybani və Kəşfiyyat Təşkilatının Suriyadakı rəisi Hüseyn Es-Selame ilə görüşüb.

Görüşdə Türkiyə ilə Suriya arasında ikitərəfli əlaqələr, Suriyanın ərazi bütövlüyü, suverenliyi və siyasi sabitliyinin əhəmiyyəti vurğulanıb.

Həmçinin PKK/YPG və digər terrorçu qrupların silahlarını yerə qoyması və yeni Suriyaya inteqrasiyası, sərhəd təhlükəsizliyi kimi məsələlər müzakirə edilib.

Regional hadisələrin müzakirə edildiyi görüşdə Suriyaya qarşı bütün sanksiyaların aradan qaldırılması, suriyalı qaçqınların könüllü və təhlükəsiz şəkildə ölkələrinə qayıtmaları da müzakirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026