• Bakı 22° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Ərdoğan: “Geridə heç bir hekayə buraxmamağı hədəfləyirik”

DÜNYA

19 Iyun 2025 | 16:53

Ərdoğan: “Geridə heç bir hekayə buraxmamağı hədəfləyirik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkmiş bölgələrdə aparılan bərpa işləri ilə bağlı əzmkarlıq mesajı verib.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi zamanı bildirib.

O bildirib ki, dövlət bütün gücü ilə çalışır və məqsəd heç bir vətəndaşı unutmadan bu mübarizəni başıuca şəkildə başa çatdırmaqdır.

“Geridə heç bir hekayə buraxmamağı hədəfləyirik. Biz bu mücadiləni alnımızın ağı ilə tamamlayacağıq. Əzmlə, inamla çalışırıq. Bu yolda heç kim tək qalmayacaq”, – deyə Prezident vurğulayıb.

Ərdoğan xüsusilə Azərbaycanla qardaşlıq əlaqələrinə toxunaraq, Kahramanmaraşda inşa edilən mənzillərin bu birlik və həmrəyliyin ən canlı nümunəsi olduğunu qeyd edib. 

Hazırda bölgədə tikinti və bərpa işləri bütün sürəti ilə davam edir və ilin sonuna qədər ailələrə yeni evlərin təhvil verilməsi nəzərdə tutulur.

Əli Hüseynov


SON XƏBƏRLƏR