Avropa İttifaqı (Aİ) ABŞ-la tərəfdaşlığının davamını gözləyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın vəzifəsinə başlaması münasibətilə “X”-dəki hesabında yazıb.
O, Trampı ikinci müddətə vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib. "Transatlantik əlaqə Atlantik okeanın hər iki tərəfinə firavanlıq və güc gətirdi. Biz qlobal çağırışların öhdəsindən gəlmək üçün birlikdə daha güclü və təhlükəsizik”, - o bildirib.
Xatırladaq ki, ABŞ-də 2024-cü ilin noybrında keçirilən prezident seçkilərində Donald Tramp qalib gəlib. O, bu gün and içib və vəzifəsinin icrasına başlayıb.