• Bakı 12° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.7803

    RUB - 1.6785

İrandan AEBA-nın qətnaməsinə cavab

DÜNYA

22 Noyabr 2024 | 10:32

İrandan AEBA-nın qətnaməsinə cavab

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) qətnaməsinə cavab olaraq yeni sentrifuqaları fəaliyyətə buraxdığını elan edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

İranın Atom Enerjisi üzrə Təşkilatı və Xarici İşlər Nazirliyinin birgə açıqlamasında qətnamənin siyasi motivli olduğu, reallığı əks etdirmədiyi və məhsuldar olmayacağı vurğulanıb.

Qeyd edək ki, AEBA-nın 35 dövlətin nümayəndəsindən ibarət Direktorlar Şurasında İranın nüvə proqramı ilə bağlı qətnamə qəbul edilib. Sənəddə Tehranın agentliklə əməkdaşlığı yaxşılaşdırması istənilib. Məlumata görə, yaza qədər əhatəli hesabat dərc ediləcək.

Məlumat görə, qətnamənin lehinə 19 ölkə səs verib. Rusiya, Çin və Burkina-Faso sənədin əleyhinə səs verib, 12 ölkənin nümayəndəsi tərəfsiz qalıb.

Qətnamə ABŞ-nin dəstəyi ilə Almaniya, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilib.


SON XƏBƏRLƏR