• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ Qırmızı dənizdə səhvən öz qırıcısını vurub

DÜNYA

22 Dekabr 2024 | 10:00 | Müəllif: Subhan Mahmudov

ABŞ Qırmızı dənizdə səhvən öz qırıcısını vurub

Dekabrın 22-də ABŞ hərbi qüvvələri Qırmızı dənizdə səhvən öz F/A-18 Hornet qırıcısını vurub.

Bakıvaxtı.az “Reuters”ə istinadən xəbər verir ki, hər iki pilot katapult edib və xilas edilib, onlardan biri yüngül xəsarət alıb.

ABŞ Mərkəzi Komandanlığının bəyanatına görə, hadisə “dost atəşi” səbəbindən baş verib və hazırda bunun səbəbləri araşdırılır. Qırıcı “Harry S. Truman” aviadaşıyıcısında yerləşirdi. Bəyanatda qeyd olunub ki, aviadaşıyıcının müşayiət gəmisi olan “Gettysburg” raket kreyseri “səhvən atəş açaraq təyyarəni vurub”.

Qırmızı dəniz artıq bir ildən çoxdur ki, aktiv hərbi əməliyyatlar zonası olaraq qalır. ABŞ İranın dəstəklədiyi Yəmənin husi qüvvələrinə qarşı mübarizə aparır ki, onlar da bölgədə gəmilərə dəfələrlə hücum ediblər. Hadisədən bir gün əvvəl Amerika qüvvələri Qırmızı dəniz üzərində husilərin dron və raketlərini vurub, həmçinin Sanada onların idarəetmə obyektlərinə və raket anbarlarına zərbələr endirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026