ABŞ Senatı Marko Rubionun dövlət katibi postuna namizədliyini təsdiq edib.
Bakıvaxtı.az “CNN” telekanalına istinadən xəbər verir ki, 99 senator Rubionun namizədliyinin lehinə səs verib.
Əleyhinə çıxış edən olmayıb.
O bu vəzifədə Entoni Blinkeni əvəz edib.
Qeyd edək ki, 54 yaşlı Marko Rubio Mayamidə Kuba mühacirlərinin ailəsində dünyaya gəlib.
O, 2000-ci ildə Florida ştatının Nümayəndələr palatasının üzvü, 2005-ci ildə isə palatanın spikeri olub. 2008-ci ildə ştatın Nümayəndələr palatasını tərk edən siyasətçi bir müddət müəllim fəaliyyəti ilə məşğul olub. Rubio 2011-ci ildə isə ABŞ senatına seçilib.