"İsrailin baş naziri Benyamin Netanyahunun Yaxın Şərqdə NATO-nun analoqunu yaratmaq təşəbbüsünün təfərrüatlarını başa düşmək lazımdır".
Bakıvaxtı.az "TASS"a istiadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml rəsmisinə görə, hansısa nəticəyə gəlməzdən əvvəl Netanyahunun əsaslandırmasının təfərrüatlarını başa düşmək lazımdır.
Qeyd edək ki, Netanyahu Yaxın Şərqdə NATO-ya bənzər yeni ittifaq yaratmağı təklif edib. Siyasətçi belə bir blokun İran təhlükəsinə qarşı yönələcəyini izah edib.
Gülşən Şərif