• Bakı 23° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Avropa İttifaqı bu ölkələr üçün xüsusi format yaradacaq

DÜNYA

25 Iyun 2024 | 14:24

Avropa İttifaqı bu ölkələr üçün xüsusi format yaradacaq

Avropa İttifaqı Ukrayna və Moldova üçün Avropa İttifaqı çərçivəsində xüsusi format yarada bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Maliyyə Universitetinin eksperti Denis Denisov bildirib.

Onun sözlərinə görə, Ukrayna və Moldova Aİ-yə üzv olmaq şərtləri yerinə yetirməyiblər, lakin bu ölkələrin Avropaya inteqrasiyası üzrə danışıqların bir hissəsi kimi Aİ öz tərkibində onlar üçün “xüsusi format” hazırlaya bilər.

“Kiyev üçün əsas maneə Rusiya ilə bitməmiş hərbi münaqişədir. Üstəlik, korrupsiya problemi də həllini tapmayıb. Rumıniya Moldova üçün lobbiçilik edir, lakin bu kifayət deyil. Çox güman ki, Aİ onlar üçün xüsusi format hazırlayacaq”, - politoloq qeyd edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR