• Bakı 21° C

    5.27 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Ermənistan İranla gizli müqavilənin imzalandığını təkzib edib

DÜNYA

25 Iyul 2024 | 11:31

Ermənistan İranla gizli müqavilənin imzalandığını təkzib edib

Ermənistan Müdafiə Nazirliyi İranla 500 milyon dollar dəyərində silah alınmasına dair gizli müqavilə imzalanması ilə bağlı məlumatı təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya açıqlamasında Nazirliyin mətbuat katibi Aram Torosyan deyib. O "İran İnternational" telekanalının bu barədə məlumatını uydurma adlandırıb.

    Qeyd edək ki, ötən gün mərkəzi ofisi Londonda olan kanal yaydığı xəbərdə imzalanan müqavilə çərçivəsində İrana “Shahed 136”, “Shahed 129”, “Shahed 197” və “Mojaher” markalı pilotsuz uçuş aparatları, eləcə də “Arman” hava hücumundan müdafiə sistemlərinin tədarük ediləcəyini bildirib.


    SON XƏBƏRLƏR

    08 May 2025