• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Qəzzada bu qədər humanitar missiyanın girişi rədd edildi

DÜNYA

24 Avqust 2024 | 10:38

Qəzzada bu qədər humanitar missiyanın girişi rədd edildi

İsrail hökuməti avqustun əvvəlindən Qəzza zolağında 425 humanitar missiyadan 125-nin girişini rədd edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, anklavın şimalında 147 belə humanitar əməliyyat planlaşdırılıb. Lakin İsrail tərəfi onlardan 46-nı rədd edib ki, bu da planlaşdırılan missiyaların ümumi sayının təxminən 31%-ni təşkil edir.

Həmçinin Qəzzanın cənubuna 278 humanitar missiyanın gəlməsi nəzərdə tutulsa da İsrail hökuməti onlardan 79-nu (28%) rədd edib.

Bildirilib ki, Qəzza zolağında qida, dərman və su təmizləmə məhsulları çatışmazlığı var.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR