• Bakı 23° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Dünyanın ən uzun avtomobil və dəmir yolu tuneli tikilir

DÜNYA

25 Iyun 2024 | 16:42

Dünyanın ən uzun avtomobil və dəmir yolu tuneli tikilir

Baltik dənizinin altından 40 metrə qədər enən dünyanın ən uzun tuneli Danimarka və Almaniyanı birləşdirəcək.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bununla bağlı layihəyə cavabdeh olan Danimarka şirkəti "Fermern A/S" açıqlama yayıb.

Avropanın ən böyük infrastruktur layihələrindən biri sayılan tunelin uznluğu 18 kilometr (11,1 mil) nəzərdə tutulub. Tunelin tikinti büdcəsi 7 milyard avrodan (7,1 milyard dollar) çoxdur.  

Rəsmi adı "Fehmarnbelt Fixed Link" olan tunel həm də dünyanın istənilən yerində ən uzun birləşmiş avtomobil və dəmir yolu tuneli olacaq. Tunel xidmət keçidi ilə ayrılmış 2 ədəd  ikizolaqlı avtomobil yolundan və iki elektrikləşdirilmiş dəmir yolundan ibarət olacaq. "Fehmarnbelt" tuneli Skandinaviya ilə Mərkəzi Avropa arasında strateji dəhliz yaradacaq. 

Hazırda tunelin yerləşəcəyi xəndəyin qazılması işləri davam edir. Hər bölmənin uzunluğu 217 metr (dünyanın ən böyük konteyner gəmisinin uzunluğunun təxminən yarısı), eni 42 metr və hündürlüyü 9 metr olacaq. Hər birinin çəkisi 73 000 metrik ton olan 13 000-dən çox fil qədər ağır olacaq. 

Gülşən Şərif


SON XƏBƏRLƏR