Kolumbiyadakı silahlı qruplar mülki insanların köçməsini və ya onların hərəkətinin məhdudlaşdırılmasını getdikcə artırır.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (OCHA) hesabatında yer alıb.
Hesabata görə, bu ilin birinci yarısında 120 000-dən çox insan məcburi köçkün olub və ya hərəkət məhdudiyyəti ilə üzləşib.
"Kolumbiyanın 52 milyon əhalisindən 8,3 milyonu hökumətlə silahlı qruplar, eləcə də üsyançıların özləri arasında münaqişələr səbəbindən humanitar yardıma ehtiyac duyur. Kolumbiyanın sərhədyanı ərazilərində silahlı zorakılığın potensial artımından narahatıq", deyə - hesabatda vurğulanıb.
Gülşən Şərif