Tayvanda Qaemi qasırğasına görə 200-dən çox uçuş ləğv edilib.
Bakıvaxtı.az "Focus Taiwan"a istinadən xəbər verir ki, Qaemi qasırğasının bu gün axşam saatlarında Tayvanın şimal-şərq sahillərində baş verməsi gözlənilir.
Qaemi qasırğasında küləyin gücünün saatda 240 kilometrə çata biləcəyi proqnozlaşdırılır.
Tayvanın yeni meri Hou Yu-ih bildirib ki, şəhərdə baş verə biləcək sürüşmələrə qarşı həssas olduğu düşünülən bölgələrdə 362 nəfər təxliyə edilib:
"Bundan başqa, bəzi ərazilərdə iş yerləri və məktəblər bağlanıb. Həmçinin 29 min əsgər fəlakətdən xilasetmə işlərinə hazır vəziyyətə gətirilib".
Qeyd edək ki, ada rəhbərliyi bu günü fırtına günü elan edib və Tayvanın əksər hissəsində iş yerlərinin və məktəblərin bağlanacağını bildirib.
Gülşən Şərif