• Bakı 9° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Hidayət Heydərov dördqat Avropa çempionu oldu

İDMAN

26 Aprel 2024 | 21:01 | Müəllif: Subhan Mahmudov

Hidayət Heydərov dördqat Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 73 kiloqramda çıxış edən idmançı finalda Danil Lavrentevi (AİN) məğlub edərək, çempion tituluna yiyələnib.

Bununla da o, Azərbaycan cüdo tarixinə dördqat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.

O, bundan əvvəl 2017-ci, 2022-ci və 2023-cü illərdə böyüklər arasında qitə birinciliyinin qızıl mükafatına layiq görülüb.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kiloqram) gümüş medalın sahibi olub.

Aprelin 27-dək keçiriləcək Avropa çempionatında Azərbaycanı 13 cüdoçu təmsil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR